Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani hərbi əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, bu, üç ölkənin müdafiə nazirləri arasında keçirilən 13-cü üçtərəfli görüşdür.