Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində odlu silah gizlətdiyi məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.