Bakıda 43 yaşlı kişi qəfil vəfat edib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 1-i saat 08 radələrində Hövsan qəsəbəsindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həyətində baş verib.

Vəfat edən şəxs Saatlı rayon sakini, 1983-cü il təvəllüdlü Ravin Daxil oğlu Nərimanovdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.