Vəsait alan ödəniş sərəncamını ödəyiciyə xidmət göstərən təchizatçıya birbaşa təqdim etdikdə həmin təchizatçı məsuliyyət daşıyır. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Bu halda təchizatçının məsuliyyəti qanunun 32.2-ci maddəsində müəyyən edilən qaydada tətbiq olunur. Səhv icra edilmiş ödəniş üzrə vəsait ödəyicinin hesabına dərhal bərpa edilməlidir. Ödəyicinin tələbi olduqda ödəniş sərəncamının düzgün icrası da təmin olunmalıdır. Vəsait alan da icra edilməmiş və ya səhv icra edilmiş əməliyyatın izlənilməsini tələb edə bilər.