Yeni Azərbaycan Partiyasının inzibati binalarının dövlət qeydiyyatına alınması üçün əsaslı işlər görülüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  bunu YAP-ın VIII Qurultayında partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

“VII qurultaya qədər yalnız 18 inzibati binanın sənədləşdirildiyi halda, 2021-ci ildən etibarən əlavə olaraq 36 inzibati binanın dövlət reyestrində qeydiyyata alınması təmin edilib, 10 inzibati binanın sənədləşdirilməsi prosesi isə davam etdir”, – deyə Tahir Budaqov qeyd edib.