Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl baş tutan toyuna Xalq artisti, xanəndə Alim Qasımovu da dəvət etdiyini açıqlayıb.
Heftelik.az xəbər verir ki, sənətçi bildirib ki, Xalq artistindən toyuna gəlməsini xahiş edib, lakin Alim Qasımov bunun müqabilində 15 min manat tələb edib:
“Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zəng etdim ki, ad günümdə gəlmədiniz, dediniz ki, toyunda gələcəyəm. İndi toyumdur, gəlin. Soruşdu ki, nə kimi dəvət edirsən? Cavab verdim ki, ağsaqqal kimi. Gəlin, oturun başda. İstəsəniz, açılışı edin, istəməsəniz, yox. Dedi ki, 15 min ver, gəlim”.
Müğənni A.Qasımovun sənətinə böyük rəğbət bəslədiyini də vurğulayıb:
“Alim Qasımovun ifasını çox sevirəm. Kasetlərinə qulaq asırdım, dərslərində gedib otururdum”.
