Britaniya hakimiyyəti Avropa İttifaqından (Aİ) nümunə götürərək Çindən gətirilən elektromobillərə rüsumlar tətbiq etmək niyyətindədir.

Heftelik.az xəbər verir ki, bu barədə “The Times” yazıb.

Qəzet dəqiqləşdirib ki, biznes və ticarət naziri Conatan Reynolds potensial rüsumlar paketi hazırlayır. Rüsumlar Çin avtomobillərinin Birləşmiş Krallıq bazarında süni şəkildə aşağı salınmış qiymətlərlə satılması ilə bağlı yaranan narahatlıqlara görə tətbiq edilə bilər.

Məqalədə həmçinin qeyd olunub ki, Britaniya nazirləri Aİ-nin yeni proteksionist iqtisadi qaydalarının mənfi nəticələrindən qaçmaq üçün Çindən olan elektromobillərə Avropadakına analoji olaraq 45 %-lik vergi tətbiq etməyə hazırdırlar.