Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.