Braziliyada Liberal Partiyanın namizədi senator Flaviu Bolsonaru və hazırkı ölkə başçısı Luis İnasio Lula da Silva prezidentlik uğrunda seçkilərin ikinci turunda mübarizə aparacaqlar.
Heftelik.az xəbər verir ki, müvafiq statusu protokolların 97,36 %-nin işlənməsi yekunlarına əsasən Braziliyanın Ali Seçki Məhkəməsi təsdiq edib.
Məlumata görə, senator Flaviu Bolsonaru 47,42 % (55 038 846 səs) ilə birinci yeri tutur, Lula da Silva isə 44,70 % (51 886 308 səs) toplayıb.
Namizədlərin heç biri 50 %-lik səs həddini keçmədiyi üçün qalib oktyabrın 25-nə təyin edilmiş səsvermənin ikinci turunda müəyyənləşəcək.
