Klirinq ödənişlər üzrə yaranan tələblərin və öhdəliklərin onların fərqi olan xalis tələb və ya xalis öhdəliyə çevrilməsi prosesidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Klirinq hesablaşmalar sisteminin iştirakçıları arasında yaranan ödəniş məbləğləri üzrə həyata keçirilir.
Kredit köçürməsi və ya ödəniş tapşırığı isə vəsaitin köçürülməsi məqsədilə istifadə olunan və ödəyicinin ödəniş sərəncamına əsaslanan ödəniş alətidir.
Bu alət ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən istifadə olunur.
Qanunda klirinq və kredit köçürməsi ilə bağlı anlayışların müəyyənləşdirilməsi ödəniş əməliyyatlarının hüquqi mexanizmlərinin dəqiqləşdirilməsinə xidmət edir.
