Diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xaricdə yaşayış sahəsi ilə təmin olunması üçün dövlət vəsaiti nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Müvafiq vəsait diplomatik nümayəndəliklərin xərclər smetasına daxil edilir. Əməkdaşlar və ailə üzvləri tutduqları vəzifələr və yerli şərait nəzərə alınmaqla mebellə təchiz edilmiş yaşayış sahəsi ilə təmin olunurlar. Yaşayış sahəsinin təminatı smetada bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir. Bunun üçün Qaydaların 2 nömrəli əlavəsində müəyyən edilmiş normalar əsas götürülür. Təminat zamanı diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkədə yerli hakimiyyət orqanları tərəfindən xüsusi ərazilərin müəyyən edilməsi də nəzərə alınır. Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış binalarının mövcudluğu da yaşayış sahəsinin təminatı zamanı nəzərə alınan hallardandır.

