Hesablaşma agenti ödəniş sistemində ödəniş sərəncamları üzrə hesablaşmaları iştirakçılara açdığı hesablar vasitəsilə həyata keçirən hüquqi şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Hesab üzrə məlumat xidməti istifadəçinin bir və ya bir neçə ödəniş xidməti təchizatçısının xidmət göstərdiyi ödəniş hesabları barədə məlumatların onlayn təqdim edilməsidir.
Bu xidməti göstərən ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısı adlanır.
Hesaba xidmət edən ödəniş xidməti təchizatçısı isə ödəyicinin ödəniş hesabının olduğu və ona ödəniş xidməti göstərən təchizatçıdır.
Beləliklə, qanunda hesablaşma və hesab məlumatları ilə bağlı tərəflərin funksiyaları ayrıca müəyyənləşdirilib.
