Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyəti Konstitusiya, beynəlxalq müqavilələr və digər qanunvericilik aktları əsasında tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu sahədə münasibətlər Mülki Məcəllə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” qanunlarla da tənzimlənir.
Ödəniş xidmətləri və sistemləri sahəsində Mərkəzi Bankın qəbul etdiyi normativ xarakterli aktlar da tətbiq olunur.
Ələt azad iqtisadi zonasında bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunda istifadə olunan digər anlayışların isə Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə etdiyi qeyd olunur.
