Müqavilə ləğv edilənədək istifadəçi yararlandığı ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Əgər xidmət haqları əvvəlcədən ödənilibsə, göstərilən xidmətlərə görə ödənilməli məbləğ həmin vəsaitdən çıxılır.
Qalan məbləğ müqavilənin ləğv edildiyi günün növbəti iş günündən gec olmayaraq istifadəçiyə qaytarılmalıdır.
Ödəniş xidməti təchizatçısı müqavilədə nəzərdə tutulduğu halda qeyri-müəyyən müddətli müqaviləni də ləğv edə bilər.
Bu zaman istifadəçi müqavilənin ləğvindən ən azı 30 gün əvvəl məlumatlandırılmalıdır.