Ödəniş xidməti təchizatçısı əməliyyatı icra etməzdən əvvəl istifadəçiyə müəyyən məlumatları təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
İstifadəçiyə ödəniş sərəncamının icrası üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici bildirilməlidir.
Ödəniş sərəncamının icra müddəti barədə də əvvəlcədən məlumat verilməlidir.
Tətbiq edildikdə xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi barədə məlumat da təqdim olunmalıdır.
Bununla yanaşı, nəzarət orqanının əlaqə məlumatlarının istifadəçiyə təqdim edilməsi və ya əlçatanlığının təmin olunması tələb edilir.
