Onkoloji xəstəliklərin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Beynəlxalq əməkdaşlıq onkoloji xəstəliklərin profilaktikası və onların fəsadlarının aradan qaldırılması istiqamətlərini əhatə edir.
Qanun onkoloji yardım sahəsində fəaliyyət göstərən şəxslərin məsuliyyətini də müəyyən edir.
Qanunu pozan fiziki və hüquqi şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
