Əhalinin həyatına və sağlamlığına mənfi təsir göstərən kimyəvi və radioaktiv maddələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Radioaktiv tullantılar və sənaye texnologiyaları da onkoloji risklər baxımından müəyyənləşdirilməli və onların aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Ətraf mühitin insan həyatı üçün potensial təhlükə yaradan vəziyyəti barədə əhaliyə tam və dəqiq informasiya verilməlidir.
Bu tədbirlər əhalinin sağlamlığına mənfi təsir göstərə biləcək amillərin qarşısının alınmasına yönəlib.
