Əmək qabiliyyətini itirmiş onkoloji xəstələr qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Əlilliyi müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ vardır.
Onkoloji xəstəliklə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqı əsasında hesablanır.
Onkoloji xəstələr həmçinin tibbi göstərişlər əsasında reseptlə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar almaq hüququna malikdirlər.

