Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş xəstələrin ümumi təyinatlı müalicə müəssisələrində saxlanılması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Belə xəstələr zəruri olan müddətdə dövlət təminatında saxlanılmalıdır.
Dövlət həmçinin onkoloji xəstəliklərlə əlaqədar ekspertizaların aparılmasını təmin edir.
Bu müddəalar xəstəliyin terminal mərhələsində olan şəxslərə tibbi və sosial yardım göstərilməsinə dövlət təminatını müəyyən edir.

