Vergi tutulan gəlir müəyyən edilərkən aktivlərin ər və arvad arasında verilməsi nəticəsində yaranan gəlir və ya zərər nəzərə alınmır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Eyni qayda keçmiş ər-arvad arasında boşanma prosesində aktivlərin verilməsinə də tətbiq edilir.
Müəyyən hallarda məhv edilmiş, ləğv olunmuş və ya özgəninkiləşdirilmiş aktivlərin əvəzinə yeni aktivə investisiya edilməsi zamanı da gəlir və zərər nəzərə alınmır.
Dövlət orqanlarına və müəyyən edilmiş ictimai və sosial məqsədli fondlara əvəzsiz verilən daşınar və daşınmaz əmlak, qeyri-maddi aktivlər və müəssisələr də müvafiq hallarda bu qaydadan yararlanır.
