Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər xərclər çıxıldıqdan sonra əldə olunan vergiyə cəlb edilən mənfəəti fəaliyyət iştirakçıları arasında bölüşdürürlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bölüşdürmə birgə sahibkarlıq fəaliyyətinə dair iştirakçılar arasında əldə edilmiş razılaşmaya uyğun həyata keçirilir.
Birgə mənfəət fəaliyyət üzrə gəlirlərdən müvafiq xərclər çıxıldıqdan sonra müəyyən edilir.
Uzunmüddətli müqavilə isə istehsal, quraşdırma, tikinti və ya bunlarla bağlı işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə hesab olunur və altı ay ərzində tamamlanan müqavilələr bu kateqoriyaya daxil edilmir.