Kassa metodu ilə uçot aparan vergi ödəyicisində nağdsız ödəniş zamanı pul vəsaitinin müvafiq hesaba daxil olduğu vaxt gəlirin əldə edilməsi vaxtı hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda vəsaitin bankda, digər kredit və ya elektron pul təşkilatında vergi ödəyicisinin hesabına daxil olmasına şamil edilir.
Vəsaitin vergi ödəyicisinin sərəncam verə biləcəyi və ya həmin vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olması da gəlirin əldə edilməsi vaxtı sayılır.
Maliyyə öhdəliyinin ləğv edilməsi və ya ödənilməsi halında isə gəlirin əldə edilməsi vaxtı həmin öhdəliyin ləğv edildiyi və ya ödənildiyi tarixdir.

