Qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyindən əldə etdiyi xalis mənfəətdən əlavə olaraq 5 faiz dərəcə ilə vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi daimi nümayəndəliyin mənfəət vergisindən əlavə tətbiq edilir.
Daimi nümayəndəliyin xalis mənfəətindən qeyri-rezidentə köçürdüyü və ya verdiyi hər hansı məbləğ vergitutma obyektidir.
Eyni zamanda, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə müəyyən ödənişlərdən 10 faiz vergi tutulur və xaricdə ödənilmiş vergi müəyyən şərtlərlə Azərbaycanda nəzərə alınır.