Azərbaycan Respublikasında daşınmaz əmlak üzrə vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla, daşınmaz əmlaka tətbiq edilir.
Aylıq icarə haqqının müəyyənləşdirilməsi zamanı Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri əsas götürülür.
İcarə və royalti gəlirlərindən müvafiq qaydada vergi tutulduqda həmin gəlirlərdən bir daha vergi tutulmur.