Müəssisənin gəlirdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi sonrakı dövrə keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə zərər beş ilədək davam edən sonrakı dövrə keçirilir.
Keçirilmiş məbləğ sonrakı illərin mənfəəti hesabına kompensasiya edilir və bunun üçün illər üzrə məhdudiyyət qoyulmur.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən yaranan zərəri isə digər gəlirlərdən çıxıla bilməz və gələcək dövrlərdə sahibkarlıq gəliri hesabına üç ilədək kompensasiya edilə bilər.