Ödəniş xidməti təchizatçısı sərəncam qüsurlu olmadıqda və müqavilədə müəyyən edilmiş şərtlər yerinə yetirildikdə onu icraya qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
İcraya qəbul edilən sərəncam avtorizə edilmiş ödəniş sərəncamı olmalıdır.
Avtorizə edilmiş ödəniş sərəncamı əməliyyat günündən sonra təqdim edilərsə, növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
İcraya qəbul olunan sərəncamlar Mülki Məcəllənin müəyyən etdiyi növbəlilik qaydasında icra edilir.
Ödəniş üzrə vəsait vəsait alana xidmət göstərən təchizatçının hesabına mədaxil edildikdə ödəyiciyə xidmət göstərən təchizatçının öhdəliyi icra olunmuş sayılır.

