Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icra olunmamasına və ya səhv icrasına görə ödəyici qarşısında məsuliyyət daşıyır. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Təchizatçı pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə də məsuliyyət daşıyır. Belə hallarda səhv icra edilmiş və ya əsassız silinmiş əməliyyat üzrə məbləğ dərhal ödəyicinin hesabına bərpa edilməlidir. Ödəyiciyə xidmət göstərən təchizatçı əməliyyatın vaxtında və düzgün icra edildiyini sübut etdikdə məsuliyyət vəsait alana xidmət göstərən təchizatçıya keçə bilər. Bu halda həmin təchizatçı ödəniş məbləğini dərhal vəsait alanın hesabına daxil etməli və ya hesab olmadıqda onun sərəncamına verməlidir.

