Unikal eyniləşdirici əsasında aparılan ödəniş əməliyyatı həmin eyniləşdirici ilə müəyyən edilmiş vəsait alanın xeyrinə icra olunmuş hesab edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. İstifadəçinin təqdim etdiyi unikal eyniləşdirici düzgün olmadıqda təchizatçı məsuliyyət daşımır. Bu qayda belə səhv nəticəsində ödəniş əməliyyatının icra edilməməsi və ya səhv icra olunması hallarına aiddir. İstifadəçi unikal eyniləşdiricidən əlavə məlumat təqdim etdikdə də təchizatçı əməliyyatı yalnız həmin eyniləşdiriciyə uyğun icra etməyə görə məsuliyyət daşıyır. Ödəniş hesabına məsafədən giriş və elektron ödənişlər zamanı isə qanunda nəzərdə tutulan hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməlidir.