Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardım müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Bu şəxslərin onkoloji yardım almaq hüququ onların azadlıqdan məhrum edilməsinə görə məhdudlaşdırılmır.
Onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər cəzaçəkmə müəssisələrindən azad olunurlar.
Beləliklə, qanun azadlıqdan məhrum edilmiş şəxslərin onkoloji xəstəlik zamanı tibbi yardım almasını və terminal mərhələdə xüsusi hüquqi tədbirin tətbiqini nəzərdə tutur.