Onkoloji xəstələr tibbi göstərişlər əsasında ambulator və stasionar şəraitdə mümkün olan müalicə növlərini tam həcmdə almaq hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Xəstələr sağlamlıqlarının vəziyyəti, xəstəliyin mahiyyəti və tətbiq olunan müalicə üsulları barədə ətraflı və müntəzəm məlumat ala bilərlər.
Onlar həmçinin aparılmış müalicənin nəticələri barədə məlumatlandırılmalıdırlar.
Qanun onkoloji xəstələrin müalicə prosesi ilə bağlı məlumat əldə etmək hüququnu da təmin edir.
