Dövlət onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin həyata keçirilməsinə təminat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Dövlət tibb müəssisələrində müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə olan tələbatın tam təmin edilməsi nəzərdə tutulur.
Bu təminata narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar da daxildir.
Qanun həmçinin dərman vasitələrinin təyinatı üzrə istifadəsinə və bu sahədə şəffaflığın təmin edilməsinə dövlət təminatı verir.