Aktivin təqdim edilməsindən əldə edilən gəlir onun təqdim edilməsindən daxilolmalarla Vergi Məcəlləsinə uyğun müəyyən edilən dəyəri arasındakı müsbət fərq hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Aktiv əvəzsiz və ya güzəştli qiymətlə təqdim edildikdə gəlir aktivin bazar qiyməti ilə müəyyən edilən dəyəri arasındakı müsbət fərqdən ibarət olur.
Aktivin təqdim edilməsindən yaranan zərər isə daxilolmalarla həmin aktivin müəyyən edilmiş dəyəri arasındakı fərq əsasında hesablanır.
Beləliklə, aktivlərin satışı zamanı həm gəlirin, həm də zərərin müəyyənləşdirilməsində aktivin dəyəri əsas göstəricilərdən biri kimi götürülür.
