Vergi uçotunda maliyyə öhdəliyi əqd və ya müqaviləyə uyğun qəbul edilən və digər iştirakçının pul və ya digər formada müvafiq vəsait verməsini tələb edən öhdəlikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə öhdəliyin mövcudluğu xərcin hesablama metodu ilə uçota alınması zamanı əsas şərtlərdən biri kimi çıxış edir.
Öhdəliyin məbləğinin dəqiq qiymətləndirilməsi və vergi ödəyicisinin onu birmənalı qəbul etməsi də tələb olunur.
Bu qaydalar əqdlər üzrə xərclərin vergi uçotunda əsaslandırılmış şəkildə tanınmasına xidmət edir.
