Bank və kredit təşkilatları tərəfindən müəyyən şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditləri üzrə həmin tarixədək ödənilməmiş borclara hesablanmış və silinmiş faizlər vergi tutulan gəlirlərə aid edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda Vətən müharibəsi iştirakçılarına, Vətən müharibəsində şəhid olmuş şəxslərə və müharibə nəticəsində şəhid ailəsi statusu almış şəxslərə aiddir.
Silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar bank və kredit təşkilatlarının gəlirdən çıxılan xərclərinə aid edilir.
Beləliklə, müvafiq kreditlər üzrə silinmiş faizlərin vergi tutulan gəlir kimi nəzərə alınmasının qarşısı alınır.
