Azərbaycan rezidentinin qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürməsi zamanı 10 faiz dərəcə ilə vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergini əməliyyatı həyata keçirən yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı tutur.
Vergi rezident tərəfindən köçürülən məbləğin 10 faizi həcmində hesablanır.
Bu tələb qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrinə edilən müvafiq pul köçürmələrinə şamil edilir.
