Daşınar və daşınmaz əmlak üzrə icarə haqqından əldə edilən gəlirlərdən ödəmə mənbəyində 14 faiz vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Rezidentin və ya qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royalti də 14 faiz dərəcə ilə vergiyə cəlb edilir.
Bu qayda gəlirin Azərbaycan mənbəyindən əldə edildiyi hallarda tətbiq olunur.
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə isə 10 faiz vergi dərəcəsi tətbiq edilir.