Nümayəndəlik xərclərinin gəlirdən çıxılması üzrə normalar və qaydalar ayrıca müəyyən ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
İşçilərlə bağlı mənzil və yemək xərcləri də müəyyən ediləcək normalar çərçivəsində gəlirdən çıxıla bilər.
Zərərli və ağır əmək şəraitində, eləcə də yeraltı işlərdə çalışanlara verilən müalicə-profilaktik yeməklər, süd və digər məhsullarla bağlı xərclər də bu qaydaya daxildir.
Müvafiq xərclərin gəlirdən çıxılması normaları və qaydası səlahiyyətli orqan tərəfindən müəyyən olunur.
