Diplomatik nümayəndəliklərdə xidməti minik və digər avtonəqliyyat vasitələrinin istifadəsi üzrə müəyyən edilmiş normalara əməl olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Xidməti avtomobillər üçün aylıq yürüş həddi müəyyən ediləcək.
Nəqliyyat vasitələrinin istismar xərclərinin normaları da ayrıca müəyyənləşdirilir.
Xidməti minik avtomobillərinin say həddi də məhdudlaşdırılır.
Bu göstəricilər Qaydaların üçüncü əlavəsinə əsasən müəyyən edilir.
Beləliklə, diplomatik nümayəndəliklərdə nəqliyyat vasitələrinin istifadəsi və saxlanılması üzrə xərclər müəyyən edilmiş limitlər çərçivəsində aparılacaq.
Normativlərin tətbiqi xidməti nəqliyyat xərclərinin tənzimlənməsinə xidmət edir.
