Yaşayış sahəsinin icarə müqaviləsində bir sıra xüsusi şərtlərin nəzərdə tutulması tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Müqavilədə icarəyə götürülən yaşayış sahəsi mütləq göstərilməlidir.
İcarəçinin hər hansı vergi ödəməməsi də müqavilədə nəzərdə tutulmalıdır.
Xidməti zərurətlə əlaqədar icarəçinin müqaviləyə istənilən vaxt xitam verməsi imkanı təmin edilməlidir.
Yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlıq icarədarın hesabına sığortalanmalıdır.
Mənzilin və əmlakın təbii aşınma nəzərə alınmaqla təmir xərcləri də icarədar tərəfindən ödənilməlidir.
Bu şərtlər diplomatik xidmət əməkdaşının icarə münasibətlərində hüquqlarının qorunmasına xidmət edir.