Müqavilədə nəzərdə tutulduğu halda, istinad olunan valyuta mübadiləsi məzənnəsində dəyişikliklər xüsusi qaydada tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Belə dəyişikliklərin qüvvəyə minməsi üçün 30 günlük əvvəlcədən xəbərdarlıq müddəti tətbiq edilmir.
Bunun üçün müvafiq məzənnə dəyişikliyinin müqavilədə nəzərdə tutulması tələb olunur.
İstifadəçilər üçün daha əlverişli faiz və ya məzənnə dəyişiklikləri də xəbərdarlıq müddəti gözlənilmədən tətbiq edilə bilər.
Bu yanaşma istifadəçinin vəziyyətini yaxşılaşdıran dəyişikliklərin daha operativ qüvvəyə minməsinə imkan verir.
