Vasitəçi ödəniş xidmətinin göstərilməsi üçün zəruri olmayan əlavə məlumatları istifadəçidən tələb etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Vasitəçi istifadəçinin həssas ödəniş məlumatlarını da saxlamamalıdır.
Ödəniş xidmətinin göstərilməsi ilə əlaqədar olmayan məlumatlardan istifadə etmək, onları saxlamaq və ya əldə etməyə cəhd göstərmək istifadəçinin razılığı olmadan qadağandır.
Bu tələblər vasitəçilik xidmətləri zamanı istifadəçi məlumatlarının qorunmasına yönəlib.
Beləliklə, vasitəçi yalnız xidmətin göstərilməsi üçün zəruri olan məlumatlardan istifadə edə bilər.