İstifadəçi əməliyyatı avtorizə etdiyini inkar etdikdə və ya əməliyyatın səhv icra olunduğunu bildirdikdə sübutetmə yükü təchizatçının üzərinə düşür.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı əməliyyatın autentifikasiya olunduğunu və düzgün qeydə alındığını sübut etməlidir.
Həmçinin məbləğin istifadəçinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyi təsdiqlənməlidir.
Əməliyyatın texniki nasazlıq və ya təchizatçının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığı da sübuta yetirilməlidir.
Vasitəçi tərəfindən başladılan əməliyyatlarda isə müvafiq sübutları vasitəçi təqdim etməlidir.
