Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Ödəniş təşkilatı istisna olmaqla digər təchizatçılara verilən sərəncam üzrə fərqli icra müddəti razılaşdırıla bilər. Razılaşdırılmış müddət ödəniş sərəncamının icra müddəti hesab olunur. Həmin müddət qeyri-iş gününə düşdükdə icra müddəti növbəti iş günü hesab edilir. Bu qaydalar ödənişlərin icrası üçün konkret vaxt çərçivəsi müəyyən edir.
