Ödəyici birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ üçün limit müəyyən etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Təchizatçı müəyyən edilmiş limitdən yüksək məbləğdə ödəniş həyata keçirdikdə artıq ödənilmiş vəsaiti geri qaytarmalıdır. Ödəyici vəsaitin hesabından silindiyi tarixdən iki ay ərzində təchizatçıya müraciət edə bilər. Təchizatçı müraciətdən sonra beş iş günü ərzində artıq məbləği qaytarmalı və ya imtinanın səbəblərini əsaslandırmalıdır. Bununla birbaşa debitləşmə zamanı ödəyicinin maliyyə maraqlarının qorunması təmin edilir.
