ABŞ Prezidenti Donald Tramp ölkəsinin bütün B-1 strateji bombardmançılarını Britaniyanın Feyrford aviabazasından çıxarmasının təhdidlərlə əlaqəli olduğunu bildirib.
Heftelik.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bəli, düşünürəm ki, belə demək olar. Onlar oradan səbəbsiz yerə uçub getməyiblər. Müəyyən təhdidlər var idi”, – ABŞ Prezidenti bildirib.
Tramp sözügedən təhdidlərin İranla əlaqəli ola biləcəyini iddia edib.
