Əməliyyat və ya təhlükəsizlik insidenti ödəniş xidmətlərinin və ödəniş sistemlərinin təhlükəsizliyinə mənfi təsir göstərən və ya göstərə biləcək planlaşdırılmamış hadisədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Belə hadisələr ödəniş xidmətlərinin tamlığına, məxfiliyinə, etibarlılığına və davamlılığına təsir göstərə bilər.
İnsident ödəniş sistemlərində ödəniş əməliyyatlarının emalı, klirinqi və hesablaşmaların aparılması proseslərinə də mənfi təsir göstərə bilər.
Həmçinin operatorun və ödəniş xidməti təchizatçısının təhlükəsiz və effektiv fəaliyyətinin pozulması risk yarada bilər.
Qanunda bu anlayışın təsbit edilməsi ödəniş sistemlərinin təhlükəsizliyinə dair tələblərin hüquqi əsaslarını müəyyənləşdirir.