Pul köçürməsi ödəyicinin və ya vəsait alanın adına ödəniş hesabı açılmadan vəsaitin vəsait alanın xeyrinə köçürülməsi əməliyyatıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Qanunda rəqəmsal kontent anlayışı da ayrıca müəyyənləşdirilib.
Rəqəmsal kontent rəqəmsal formada istehsal və təqdim olunan, istifadəsi yalnız texniki cihazların köməyi ilə mümkün olan və onlarla məhdudlaşan mal və ya xidmətdir.
Bu anlayış rəqəmsal formada təqdim olunan məhsul və xidmətlərin ödəniş xidmətləri sahəsində hüquqi təsnifatını müəyyənləşdirir.
Beləliklə, qanunda həm hesab açılmadan həyata keçirilən pul köçürmələri, həm də rəqəmsal məhsul və xidmətlər ayrıca anlayış kimi təsbit olunub.
