Mərkəzi Bank ödəniş xidməti təchizatçıları sırasında göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Banklar və xarici bankların yerli filialları da ödəniş xidməti təchizatçıları hesab olunur.
Bank olmayan kredit təşkilatları və poçt rabitəsinin milli operatoru da bu siyahıya daxildir.
Ödəniş təşkilatları və elektron pul təşkilatları da ödəniş xidmətləri göstərə bilən təchizatçılar sırasındadır.
Bank olmayan kredit təşkilatları isə yalnız “Bank olmayan kredit təşkilatları haqqında” Qanunla müəyyən edilmiş qaydada ödəniş xidmətləri göstərə bilərlər.
