Elektron pul təşkilatı qəbul edilmiş vəsaitin təhlükəsizliyinin hansı üsulla təmin edilməsindən asılı olmayaraq icra sənədlərinin tələblərini yerinə yetirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Belə hal ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə yaranır.
Təşkilat bu sənədlərin icrasını qanunvericiliyin müəyyən etdiyi qaydada təmin etməlidir.
Vəsaitlər ayrıca hesabda saxlanıldıqda həmin hesaba elektron pul təşkilatının öz vəsaitlərinin mədaxil edilməsinə yol verilmir.
Həmin hesab üzrə icra sənədi yalnız təşkilatın istifadəçi qarşısında öhdəliyinin icrası ilə əlaqədar yönəldilə bilər.