Bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ödəniş agentinin fəaliyyətinə daxili qaydalarına uyğun nəzarət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı agentin fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə Mərkəzi Bank müdaxilə edə bilər.
Bu halda Mərkəzi Bank ödəniş xidmətlərinin agentlər vasitəsilə göstərilməsinin dayandırılması barədə icrası məcburi göstəriş verə bilər.
Agentlə bağlanmış müqaviləyə dəyişiklik edildikdə və ya müqaviləyə xitam verildikdə də Mərkəzi Banka məlumat təqdim olunmalıdır.
Müqaviləsinə xitam verilmiş ödəniş agenti Mərkəzi Bank tərəfindən müvafiq reyestrdən çıxarılır.